
2015-ci ilin büdcə layihəsinin Milli Məclis komitələrinin birgə iclasında keçirilən müzakirəsində BDU-nun rektoru, deputat Abel Məhərrəmov elm sahəsində mövcud olan problemdən danışıb.
Modern.az-ın məlumatına görə, o, Azərbaycanda 1800 nəfər elmlər doktorunun olduğunu bildirib. Rektorun sözlərinə görə, onların 1200 nəfəri ali məktəblərdə çalışır. Abel Məhərrəmov qeyd edib ki, elmə ayrılan xərcləri artırmaq lazımdır:
“1200 nəfərin elmi işlərini ortaya qoymaq üçün elmə vəsaitlər artırmalıdır. 1200 nəfərin elmi işlərini ortaya qoymaq üçün vəsait lazımdır. Bu məsələlər 2015-ci ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutulmayıb”.
Deputat deyib ki, BDU-da elm adamlarına tələbələrin təhsil haqqı və beynəlxalq qrantlar hesabına vəsait verilir. O, bunun yetərli olmadığını bildirib, qeyd edib ki, onlar BDU-nun elmi simalarını ortaya çıxarmağa qoymağa çalışırlar: “Elmi maliyyələşdirmək lazımdır. Pul olmadan elmi necə intellektuallaşdırmaq olar? Prezidentin hər iki sərəncamından biri elmlə bağlıdır. Ancaq elmlə bağlı problemlər hələ də həllini tapmayıb”.
Rektorun fikrincə. universitetlərin reytinqində yataqxana faktoru böyük rol oynayır. O, yataqxana problemini həllini də təklif edib.
Aqşin Kərimov