Modern.az

Azərbaycan alimlərinin I Qurultayının tarixi məlum oldu

Azərbaycan alimlərinin I Qurultayının tarixi məlum oldu

Təhsil

5 Noyabr 2014, 18:35

Bu gün Azərbaycan Milli Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Modern.az xəbər  verir ki, iclasda Azər­baycan alimlərinin I qurultayının təşkili və keçirilməsi haq­qın­­­da qərar qəbul edilib. Qurultayın dəqiq vaxtı müəyyənləşdirilib.

Qu­rul­ta­yAMEA, Rabitə və Yük­­sək Tex­­no­lo­gi­ya­lar Nazirliyi və Təh­sil Nazirliyinin bir­gə təkilatçılığı ilə 2014-cü il dekabrın 19-da keçiriləcək.

Daha bir vacib qərar isə AMEA-da yeni idarənin yaradılması haqqında olub. Qərara əsasən akademiyada gələn il “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsi yaradılacaq.

Daha bir qərar isə elmi qurumda Təbiət tarixi muzeyinin yaradılması ilə bağlı olub. Biologiya elmlər doktoru Tariyel Eybatov muzeyin direktoru təyin edilib.

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı