Modern.az saytının məlumatına görə müzakirələr zamanı çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə prezident İlham Əliyevin sərəncamı ilə yerli serialları, televiziya filmlərinin çəkilişinə pul ayrıldığını diqqətə çatdırıb. Deputatın sözlərinə görə belə bir sərəncam ölkə başçısının kinoya, mədəniyyətə ayırdığı diqqətin nəticəsidir.
Lakin deputat bu fikirdədir ki, həmin seriallar özünün doğrultmur. “Bu seriallara nəzarət olunmalıdır. Serialların çoxunda narkotik, dələduzluq, adam öldürmək, əxlaqsız yuvalar təbliğ olunur. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir”,-deyə Çingiz Qənizadə söyləyib.Qeyd edək ki, bu cür məsələlərə Milli Televiziya və Radio Şurası nəzarət edir.
Aqşin Kərimov