Alla Puqaçovanın nəvəsi Deni Baysarov Çeçenistanda gənc döyüşçü kursları keçir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kristina Orbakaytenin keçmiş çeçen əri Rulsan Baysarovla nigahında dünyaya gələn Deni Baysarov Çeçenistan rəhbəri Ramzan Kadırovun şəxsi ordusunda bir aylıq hərbi təlimlərdə iştirak edib. Sosial şəbəkələrdə paylaşdığı məlumatlarda Baysarov Ramzan Kadırova təşəkkürünü bildirir.
Xatırldaq ki, Alla Puqaçovanın yeganə qızı Kristina Orbakayte əri ilə boşandıqdan sonra uzun illər qəyyumluq uğrunda onunla məhkəmə çəkişmələrində olmuşdu. Sonda məhkəmə Ruslan Baysarovun xeyrinə məhkəmə qərar verərək Deni Baysarovu atası ilə yaşamasına icazə vermişdi.