Modern.az

Şok iddia: İŞİD ABŞ-ın Küveytdəki həbsxanasında yaradılıb

Şok iddia: İŞİD ABŞ-ın Küveytdəki həbsxanasında yaradılıb

Təhsil

5 Noyabr 2014, 22:09

Bütün dünyanın başına bəla olan “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının ABŞ-ın Küveytdə qurduğu Bucca həbsxanasında yaradıldığı irəli sürülüb. Modern.az xəbər verir ki, xarici mətbuatda gündəmə gələn iddiaya görə İŞİD-in 9 yüksək səviyyəli komandiri burada tanış olub.

“Vaşinqton Post” qəzeti İraq müharibəsi zamanı həbs olunanların yerləşdirildiyi Bucca həbsxanasında yatan 9 nəfərin, həbsdən çıxandan sonra yüksək səviyyəli İŞİD komandirləri olduğunu açıqlayıb.

İngiltərənin “İndependent” qəzetində “Bucca düşərgəsi: İŞİD-in doğum yeri olan ABŞ həbsxanası” başlığı ilə verilən xəbərdə, İraq Savaşı zamanı həbs olunan ən təhlükəli cihatçıların qaldığı həbsxananın İŞİD-in inkişafında böyük rol oynadığı bildirilir.

Qəzet Bucca düşərgənin İŞİD-in yaradılması prosesində fəal rolunun olduğunu qeyd edərkən, özünü xəlifə elan edən İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadinin də aralarında olduğu yüksək səviyyəli təşkilat liderinin burada tanış olduğunu iddia edib. Həbsxana rəsmiləri, analitiklər və əsgərlərə görə, Bucca düşərgəsində məhkumların radikallaşması və əməkdaşlıq baxımından bənzərsiz bir şərait olub.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı