ABŞ-ın Qərb regionunda yerləşən Kaliforniya ştatının Qlendeyl şəhərində Ümumerməni “Hayastan” Fondu işğal altında olan Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək ikinci yolun (Ağdərə-Vardenis yolu-red) çəkilişi üçün pul yığacaq. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bununla bağlı təşkil olunacaq telemarafonda Ağdərə-Vardenis yolubnun çəkilişi üçün vəsaitlər yığılacaq. Noyabrın 27-də keçiriləcək telemarafon Kaliforniyada canlı yayımla translyasiya ediləcək.
Qeyd edək ki, ötən ilin sözügedən magistral yolunun çəkilişi üçün 11.25 milyon dollar vəsait yığılmışdı. Bu yolun tikintisi üçün ümumilikdə 33 milyon dollar vəsait lazım olduğu qeyd olunur.Ağdərə-Vardenis yolu Ağdərə və Kəlbəcər rayonlarının dağlıq ərazilərindən keçərək Xankəndi-Gorous yoluna alternativ olacaq. Bununla da Qarabağı Ermənistanla birləşdirən ikinci yol istifadəyə veriləcək.
Aqşin Kərimov