Barak Obama İraq Şam İslat Dövləti ( İŞİD) teror təşkilatına qarşı hərbi əməliyyatların artırılması üçün hökumətə yeni səlahiyyətlər verilməsi məsələsinə toxunub.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Barak Obama Konqres ilə bu mövzuda müzakirələrin olacağını açıqlayıb.
Prezident Obama deyib ki, İŞİD-ə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Konqresdə yeni müzakirələr təşkil olunacaq. “ Dünya bizim bu səylərimizin arxasında birləşmiş vəziyyətdə olduğumuzu və ordu nümayəndələrimizin açıq, tam dəstək halında dayandığını bilməlidir”.