Bu saatlarda Səbail rayonu 20-ci sahə qəsəbəsindəki 51 saylı orta məktəbdə yanğın baş verib. Hadisə barədə Modern.az-a valideynlər məlumat veriblər. Bildirilib ki, yanğın zamanı məktəbdən olan şagird və müəllimlər təxliyyə edilib.
Hadisə yerinə yanğınsöndürənlər çağırılıb.
***
Son məlumata görə, yanğınsöndürənlər alovun qarşısını alaraq, yanğını söndürüblər.
***
Fövqəladə Hallar Nazirliyi hadisə barədə məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 51 saylı orta məktəbin birinci mərtəbəsində elektrik şitində yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın 12 kv.m sahəni əhatə edib. Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur. Yanğın söndürülüb.
Modern.az