Modern.az

Qənirə Paşayeva bələdiyyə başqanından Xocalı ilə bağlı xahiş etdi

Qənirə Paşayeva bələdiyyə başqanından Xocalı ilə bağlı xahiş etdi

Təhsil

6 Noyabr 2014, 10:54


Bartında səfərdə olan deputat Qənirə Paşayeva  Bartın Bələdiyyə başqanı Cemal Akın ilə görüşdə Azərbaycanla  Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olmasının məmnuniyyət verici olduğunu deyib.

Modern.az xəbər verir ki,  Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da  əlaqələrin getdikcə daha genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələnin vacibliyini qeyd edib.

Millət vəkili Bartın Bələdiyyə başqanı Cemal Akına Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məlumat verib. Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Sakarya Universitetində təhsil alan azərbaycanlıları birləşdirən Öyrənci Topluluğunun rəhbəri Alik Bağırov, Türkiyədə təhsil alan azərbaycanlı gəncləri birləşdirən AzeDer təşkilatının nümayəndələri də iştirak ediblər. Millət vəkili Qənirə Paşayeva heyət adından bələdiyyə başkanından Bartının mərkəzi parklarından birinə Qarabağ adını verilməsi və həmin parkda Xocalı soyqırımı abidəsinin qoyulmasını xahiş edib. Ötən il azərbaycanlı gənclər adından Alik Bağırovun bələdiyyə tərəfindən Xocalı Soyqırımının tanınması ilə bağlı müraciətinə toxunan millət vəkili Qənirə Paşayeva Türkiyənin bəzi bələdiyyələrinin artıq belə bir qərar qəbul etdiyini və dünyanın bir sıra ölkələri tərəfindən də bu cür qərarlar qəbul edildiyini  vurğulayaraq Bartın bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən,vacibliyindən danışaraq təklif etdiyi məsələlərin öz həllini tapacağına ümid etdiyini də deyib.  

Bartın  Bələdiyyə başqanı Cemal Akın  Türkiyənin  və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, iki ölkə arasında iqtisadi, siyasi iş birliyinin daha da genişləndirilməsinin  önəmli olduğunu söyləyib və hər iki qardaş ölkənin bölgələri, bələdiyyələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. “Qarabağ problemi, Xocalı ağrısı bizim də problemimiz və ağrımızdır” deyən  Bartın Bələdiyyə başqanı Cemal Akın hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayevanın Bartının mərkəzi parklarından birinə Qarabağ adını verilməsi və həmin parkda Xocalı  soyqırımı abidəsinin qoyulması, bələdiyyə tərəfindən Xocakı Soyqırımının tanınması ilə bağlı müraciətinə toxunan  Bartın Bələdiyyə başqanı Cemal Akın məsələlərə müsbət yanaşıb və onlara mütləq baxılacağını deyib.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı