Bakı Şəhəri üzrə Təhsil İdarəsi Səbail rayonu ərazisindəki 51 saylı orta məktəbdəki yanğınla bağlı məlumat yayıb. İdarədən Modern.az-a bildirilib ki, səhər saatlarında 51 nömrəli orta məktəbdə qısaqapanma səbəbi ilə yanğın baş verib. Bu zaman məktəbdə olan şagirdlər və müəllim kollektivi təxliyyə edilib.
“Yanğın zamanı xəsarət alan olmayıb. Məktəbdə tədris sabahdan etibarən bərpa olunacaq”-deyə təhsil idarəsi bəyan edib.
Modern.az