Oktyabrın 5-də keçirilən “Breyn-Rinq” intellektual bilik yarışmasında Azərbaycan Dövlət İqtisad Universitetinin komandası birinci yerə layiq görülüb. ADİU-nu tələbələrdən Hikmət Əliyev, Tofiq Ağayev, Elgün Abdurrahmanov, Samir Bağırov, Urfan Orucov və Tərlan Əsədli təmsil ediblər.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşkilatçılığı və “Paşa Bank”ın dəstəyi ilə təşkil olunan intellektual oyunda Azərbaycanın digər nüfuzlu ali təhsil müəssisələrinin tələbələri də bilik və bacarıqlarını sınayıblar.
Yarışmada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası ikinci, Bakı Dövlət Universitetinin tələbələri isə üçüncü yerə çıxıblar.
Sonda qaliblərə sertifikatlar və dəyərli hədiyyələr təqdim olunub.
Modern.az