2011-ci ildə öldürülən Liviya lideri Müəmmar Qəddafinin dul qadını və uşaqları vəziyyət sabitləşəndən sonra ölkəyə qayıtmaq istəyirlər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəddafinin Misirdə yaşayan əmisi oğlanları və keçmiş müşaviri Əhməd Qəddaf ad-Dam da bu niyyətdədir. Məlumatda qeyd edilir ki, əgər hökumət ordusu islamçıların əlində olan iri şəhərlərdə nəzarəti bərpa edərsə, Liviya liderinin ailə üzvləri yaxın iki ayda vətənlərinə qayıda bilərlər. Bu haqda ölkə rəhbərliyi ilə danışıqlar da gedir. Əhməd Qəddaf bir neçə aydan sonra Liviyada sülhün bərpa olunacağına optimist yanaşdığını deyib. O bəyan edib ki, Qəddafinin qohumları ölkənin xilası olunması üçün əleyhdarları ilə barışığa da hazırdırlar.



