Modern.az

Azərbaycanda müəllimlər üçün internet portal yaradılır

Azərbaycanda müəllimlər üçün internet portal yaradılır

Təhsil

6 Noyabr 2014, 12:56



“Yaradılmış elektron dərslik portalında indiyə qədər  4 minə  yaxın elektron dərsliklərdən  istifadə olunub. İstifadəçilərin yarıdan çoxu Bakıda yaşayandır, onların 800 nəfərə yaxını Azərbaycan dili dərsliyinə aid resuslardan istifadə edib. Hələlik elektron portalda 6-ci sinif elektron dərslikləri yerləşdirilib. Yaxın zamanda 7-ci sinif, 10-cu, və 2-ci, 3-cu siniflər üzrə ayrılıqda 5 elektron dərslik portalda yerləşdiriləcək”.

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyi Təhsilin statistikasi və keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev deyib.

“Ən çox riyaziyyat, biologiya, Azərbaycan tarixi, ingilis dilindən istifadə olunur. 150-ə yaxin videodərslik hazırlanıb, müəllimlər üçün də yeni portal yaradılır, yaxın zamanlarda bütün dərsliklər elekronlaşdırılacaq”.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı