Müəllimlərin sınaq qiymətləndirməsinin regionlarda da keçirilməsi planlaşdırlır. Sınaq imtahanında topladıqları ballar müəllimlərin dərs yükünə də təsir edəcək.
Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
Onun sözlərinə görə, Bakıda direktor və müavini vəzifəsində çalışanların direktor vəzifəsi üçün təlimləri başlayacaq. Hazırda bu təlimin üç mərhələsini keçdiklərini deyən, İ.Nağıyev noyabrın sonundan təlimlərin başlayacağını bildirib.
O, ötən il direktor vəzifəsi üçün təşkil olunmuş seminarın uğurlu olduğunu vurğulayaraq, 15 nəfərin direktor vəzifəsinə təyinat aldığını bildirib.
İ. Nağıyev bu il bu sayın artırılmasının vacibliyini vurğulayıb.
“Bu il 170-180 nəfərin direktor vəzifəsi üçün təlimlərdə iştirakı təsdiqlənib”.
Onun sözlərinə görə, artıq özəl universitetlər də öz hesablarına belə təlimlər həyata keçirirlər.
“ Xəzər Universiteti 50 nəfər direktor olmaq arzusunda olacaq şəxslərin seminarını təşkil edəcək. Həmçinin Qafqaz Universiteti də bu sahədə təlimlərini davam etirir”.
Bu tədris ilinin sonuna qədər direktor təlimlərindəm iştirak edən şəxslərin sertifikatla təmin ediləcəyi gözlənilir.
Bununla yanaşı, ilk pesə ixtisası təhsil müəssisələrindən də direktorluq seminarları keçirləcək.
Məltəm TALIBZADƏ