Modern.az

Gənclərə dünya maliyyə bazarlarına çıxış imkanları yaradılacaq

Gənclərə dünya maliyyə bazarlarına çıxış imkanları yaradılacaq

Təhsil

10 Sentyabr 2014, 15:49


Sentyabrın 10-dan etibarən Bakı şəhərində, Quba və Qusarda , “Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə ”Yəhudi və Azərbaycan gəncləri birgə karyera quruculuğunda” adlı layihəsinin təlim-seminarların keçirilməsinə start verilib. Modern.az xəbər verir ki, təlim-seminarlar Quba və Qusar şəhərlərində həmçinin qəsəbə və kəndlərində keçirilməsi nəzərdə tutulur.

Layihənin həyata keçirilməsində əsas məqsədi Quba və Qusar gənclərinə internet texnologiyaları vasitəsi regionda professional treyderlər kimi yetişməsinə yardımçı olmaqdır.

Layihə çərçivəsində gənclərə internet resurslarından istifadə etməklə iş yerlərinin axtarılmasına və karyera imkanlarınının qazanılmasına köməklik ediləcək. Bu yolla şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsidir.

Layihənin əsas məqsədi gənclərin dünya maliyyə bazarlarında internet-ticarətin alətləri köməyilə karyera qurmaq imkanları əldə etsinlər və regionda professional treyderlər kimi yetişməsidir. Təlimlərdə Elektron ticarət haqqında Azərbaycan Respublikasının Qanunu, Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında qanunlarla bağlı müzakirələr aparılacaq.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı