Modern.az

Keçmiş baş nazirin sevgilisi: “Mən onu necə əldə etdim?”- FOTOLAR

Keçmiş baş nazirin sevgilisi: “Mən onu necə əldə etdim?”- FOTOLAR

Təhsil

6 Noyabr 2014, 16:09


İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin sevgilisi Francesca Paskala əlaqələrinin necə başladığını və gündəlik həyatları haqda kitab yazılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşındakı Paskala Berluskoninin əvvəlcə aralarındakı təxminən 50 illik yaş fərqi olması səbəbi ilə müqavimət göstərdiyini, ancaq özünün “Mən sənə aşiqim, sən də tez, ya da gec mənə aşiq olacaqsan” deyərək yola gətirdiyini söyləyib.

Francesca Paskala əlaqələri ilə əlaqədar bilinməyənləri Berluskoniyə yaxınlığı ilə tanına jurnalist Bruno Vespaya izah edib. Vespanın bu gün çapdan çıxacaq yeni kitabında yer alan açıqlamalardan bir qismi həftəlik “Oggi” jurnalında yayılıb.   İtaliya mətbuatında “Berluskonini necə əldə etdim?” başlığı ilə yayılan xəbərlərə görə, Paskala uşaqlığından bəri Berluskoniyə heyran olduğunu və onunla tanış olmağı qarşısına məqsəd qoyduğunu vurğulayaraq bunları söyləyib:  

“Ona ilişməli bir şəkildə aşiq oldum. Yavaş-yavaş “Haydı İtaliyaya” (Berluskoninin partiyası) yaxınlaşmağa başladım. 2006-cı il oktyabrın 6-da saat 13:50-də böyük an gəlmişdi. “Silvio sənin üçün darıxırıq” qrupundan 4 başqa dəli qızla birlikdə Romadaydıq və Berluskoninin “Duke” otelində bir yığıncağı olduğunu öyrəndik.

Dərhal oraya getdik və sonra Berluskoni gəldi. Həqiqətən çox cazibədar idi. “Başçım, çox yaraşıqlısınız”, - dedim. O da gülümsədi və “Yaxşısanmı?”- deyə soruşdu. Bir kağıza yazdığım telefon nömrəmi verdim və “Zəngini gözləyirəm”, - dedim. O da mənə “Çox sürətlisən”, - dedi. Bir neçə gün sonra bir gecə yarısı telefonuma zəng gəldi. Əvvəl bunun bir zarafat olduğunu sandım. Sonra iki saat boyunca telefonda danışdıq”.   Paskala Berluskoninin ilk vaxtlarda aralarındakı yaş fərqi üzündən çəkincən olduğunu da söyləyib: “Amma mən “Bəli, aramızda az qala 50 yaş fərq var, qızın, ya da nəvən belə ola bilərdim. Ayrıca səninlə sevimli olmaq istəyən bir çox qadın olduğunu da bilirəm. Amma mən sənə aşiqəm və sən də tez, ya da gec mənə aşiq olacaqsan”.

Evdə “Eşqim”, çöldə “Başçım”   Sonunda Berluskoni ilə 2012-ci il dekabrın 16-da bir televiziya proqramında əlaqələrini açıqladığını xatırladan Paskala deyib: “O zamandan bəri həmişə yanındayam”.  

Paskala Berluskoninin şəxsi həyatında “çox şəfqətli, əyləncəli, ironik və əsla yorulmayan” biri olduğunu da izah edib. Berluskoniyə evdə “eşqim”, ya da “B” deyə müraciət etdiyini, çöldə isə “Başçım” deyə xitab etdiyini söyləyib: “Başçının ətrafını əhatə edən qadınların az qala hamısı ilə tanış oldum və hamısını da qısqanırdım. Hələ də qısqancım, bir mağazadakı satıcı onunla fotoşəkil çəkdirmək istəsə, belə qısqanıram. Bu mövzuda sicilyalılardan betərəm”.

 

Modern.az    

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı