Modern.az

Azərbaycan XİN Qarabağ separatçıları ilə bağlı səfirə tapşırıq verdi

Azərbaycan XİN Qarabağ separatçıları ilə bağlı səfirə tapşırıq verdi

Təhsil

6 Noyabr 2014, 17:06



Azərbaycanın Rusiyadakı səfirliyinə separatçı Dağlıq Qarabağ regionunun komandasının beynəlxalq festivalda mümkün iştirakının qarşısını almaq tapşırılıb”. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib.

“Azərbaycanın Rusiyadakı səfirliyinə separatçı Dağlıq Qarabağ regionu yığmasının Şən Hazırcavablar Klubu (KVN) komandalarının “KiViN-2015” beynəlxalq festivalında ayrıca komanda kimi mümkün iştirakı məsələsini öyrənmək və informasiyanın təsdiqləniyi halda lazımi tədbirlər görmək tapşırılıb”.

Qeyd edək ki, Azərbaycana qarşı növbəti təxribatçı addım atılıb. 2015-ci ilin yanvarın 12-dən 25-dək Soçidə keçiriləcək KVN (Şən və Hazırcavablar Klubu (ŞHK))  komandalarının “KİVİN 2015” beynəlxalq festivalına Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikasının” separatçı rejimi də dəvət olunub.
Beynəlxalq KVN İttifaqının rəsmi saytında qeyd olunur ki, separatçıların komandası artıq festivalda iştirak etmək üçün qeydiyyatdan keçib.

H.Hacıyev deyib ki, Ermənistan belə əsassız addımlar atmaqla təxribat fəaliyyəti həyata keçirir: "Ermənistan tərəfi belə mənasız işlərlə məşğul olmaqdansa münaqişənin həllində daha konstruktiv mövqe tutmalıdır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı