Modern.az

ABŞ-ın Suriyada apardığı əməliyyatlarda 4 uşaq öldü

ABŞ-ın Suriyada apardığı əməliyyatlarda 4 uşaq öldü

Təhsil

6 Noyabr 2014, 21:30


ABŞ liderliyindəki koalisiya güclərinə aid döyüş təyyarələrinin İdlib bölgəsində Nusra Cəbhəsinin sursat anbarlarına təşkil etdiyi hücumlarda 4 uşaq ölüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya Yerli Koordinasiya Komitəsindən (LCC) verilən açıqlamada koalisiya güclərinə aid döyüş təyyarələrinin İdlibin Harm diyarında Nusra cəbhəsinin qərargah və sursat anbarlarına hava hücumu təşkil etdiyi bildirilib.   Hücumda çox sayda adamın həyatını itirdiyi barədə informasiya verilərkən koalisiya qüvvələrinin Bab Hava sərhəd qapısı yaxınlarını da bombaladığı vurğulanıb. Partlayış nəticəsində 4 uşaq həyatını itirib, çox sayda insan yaralanıb.  

Koalisiya qüvvələrinin hücumları və sursat anbarlarının partlaması nəticəsində yıxılan evlərin dağıntıları arasından ölü və yaralılar çıxarılmaqda davam edir. ABŞ koalisiya qruplaşmaları daha əvvəl də İdlib və Hələbdə Nusra Cəbhəsini hədəf alan hücumlar təşkil etmişdi.    

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı