Bu təşkilat Suriyada Nusra cəbhəsi daxilində yerləşmiş vəziyyətdə və eynilə Nusra cəbhəsi kimi “əl-Qaidə” lideri Eymən əl-Zəvahiri tərəfindən istiqamətləndirilir. Adamlarının böyük əksəriyyəti Əfganistan, Pakistan, Qafqaz və Afrika ölkələrindən gəlir. Küveytli Möhsün əl -Fadhli tərəfindən idarə olunduğu hesab edilən təşkilat Avropadan da yaraqlı tapmağa çalışır.
ABŞ rəhbərləri mətbuata verdikləri bəyanatlarda bu təşkilatın İŞİD-dən daha təhlükəli olduğunu iddia edirlər. Çünki çox adamı olmayan bu təşkilat Suriyadakı müharibədən çox ABŞ və Qərb qüvvələrini hədəf alır və buralarda terror aksiyaları keçirməyi planlaşdırır. ABŞ Fadhlinin 11 sentyabr hücumlarını əvvəlcədən bilən və “əl-Qaidə”nin öldürülən lideri Üsamə bin Laden ilə yaxın bir neçə nəfərdən biri olduğunu bəyan edir.