Modern.az

"Qarabağ"-ın oyununda yaralanan şəxsin budu sınıb

"Qarabağ"-ın oyununda yaralanan şəxsin budu sınıb

Təhsil

7 Noyabr 2014, 00:18

Tofiq Bəhramov adına Respublika stadionunda dəmir qapının aşması nəticəsində xəsarət alan Samir Miriyev başından travma alıb, onun bud nahiyəsi sınıb.

Bu barədə ANS PRESS-ə 1 saylı şəhər Kliniki xəstəxanasının həkimi Şəmsi Əhmədov məlumat verib.  

Onun sözlərinə görə, Samir Miriyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Həkim onun evə nə vaxt buraxılacağının hələlik dəqiq bilinmədiyini deyib.  

Modern.az saytı bildirir ki, hadisə bu gün "Qarabağ"-"Dnepr" oyunu ərəfəsində yaranan sıxlıq nəticəsində baş verib. Samir Miriyev stadionun 11 saylı darvazasının azarkeşlərin üstünə aşması nəticəsində xəsarət alıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı