Türkiyənin Karaman əyalətinin Ermenek şəhərində baş verən mədən qəzası zamanı 18 işçi mədənin su ilə dolu içərisində qalmışdı.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, enerji və təbii qaynaqlar naziri Taner Yıldız aparılan xilasetmə işləri nəticəsində 18 işçidən 2 nəfərinin cəsədinin tapıldığını söyləyib. “Bir müddət öncə 2 qardaşımızın cəsədi tapıldı. Onları oradan çıxaracağıq”.Qeyd edək ki, hadisə oktyabr ayının 28-də baş verib. Mədəndə su borusunun partlaması nəticəsində uçan kömür şaxtasının altında qalanların sağ olma ehtimalları sıfıra bərabərdir.
Modern.az