Modern.az

Keçmiş deputatın qızı intihar etdi

Keçmiş deputatın qızı intihar etdi

Təhsil

7 Noyabr 2014, 10:57



Bu günlərdə Yerevanın Arabkir administrativ rayonunun Aram Xaçaturyan küçəsindəki binada yaşayan 30 yaşlı Tatevik Baqdasaryan özünü 4-cü mərtəbədən atıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, intihar edən qız keçmiş deputat Albert Baqdasaryanın qızıdır.
Məlumatda qeyd edilir ki, insident gecə saatlarında baş verib. Qonşuların sözlərinə görə, Tatevik fleytaçı olub, müxtəlif müsabiqələrdə ciddi uğurlar qazanıb. Bir müddət əvvəl nişanlanıb. Onun keçmiş əri Dövlət Kino və Teatr İnstitutunda işləyir. Şayiələrə görə, Tatevik intihar etməzdən əvvəl nişanlısının hədiyyə etdiyi üzüyü pəncərənin altına qoyub.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı