Modern.az

Qarabağ əlili: “Girovlarımız ağır vəziyyətdədir, ermənilərə vaxt verməliyik”

Qarabağ əlili: “Girovlarımız ağır vəziyyətdədir, ermənilərə vaxt verməliyik”

Təhsil

7 Noyabr 2014, 11:09


“Girovluqda olan iki mülki vətəndaşımız acınacaqlı vəziyyətdədir. Yalnız girovlarımız yox, bütün Qarabağ üçün ermənilərə vaxt verilməlidir. Çünki Qarabağda qırmızı mərmər yataqlarını talayırlar, Ağdamda, Kəlbəcərdə qızıl zavodu , Zəngilanda məktəb tikirlər. Azərbaycan konkret olaraq vaxt verib tələblərini ortaya qoymalıdır ki, “ay erməni, torpağımda fəaliyyətini dayandır”. Bunu Modern.az-a Qarabağ müharibəsi əlili Rey Kərimoğlu deyib.

O, haqlı olaraq haqq səsimizi ucaltmaq üçün beynəlxalq aləmə müraciət edilməsi lazım olduğunu vurğulayıb:

“Bizim vətəndaşlarımızı ərazimizdə həbs edib, ölüm hökmü ilə hədələyirlər. Azərbaycan beynəlxalq aləmə müraciət etməlidir. Verilən vaxt tamam olduqdan sonra isə həmin hədəflər də vurulmalıdır, bombalanmalıdır. Söhbət təbii ki, dinc əhalidən getmir. Bizim torpağımızda qanunsuz tikilən obyektlərdən gedir. Erməni niyə Xocalıda aeroport, Zəngilanda məktəb tikməlidir?”.

Keçmiş döyüşçünün fikrincə, 1994-cü ildə atəşkəs elan olunanda ermənilərlə razılığa gəlməmişik ki, bizim torpağımızda obyektlər tikib öz vətəndaşını ora yerləşdirsin:
“Biz təslim haqqı imzalamamışıq ki, onlar istədiklərini həyata keçirsinlər. Azərbaycan susmamalıdır. Necə olur ki, İsrailin İordan çayı ətrafında tikinti aparmasına bütün dünya etiraz edir, amma biz tərəfdən addım yoxdur. Xarici İşlər Nazirliyi və müvafiq strukturlarımız artıq addım atmalıdırlar. Bizim 2 vətəndaşımızı gözümüzün qarşısında bu gün-sabah güllələyə də bilərlər. Onlara qarşı olan rəftar və vəziyyətləri göz qabağındadır. Onaların öldürülməsini gözləməməliyik”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı