Modern.az

Müdafiə Nazirliyi: “Məsuliyyət Yerevan rəhbərliyinin üzərinə düşür”

Müdafiə Nazirliyi: “Məsuliyyət Yerevan rəhbərliyinin üzərinə düşür”

Təhsil

7 Noyabr 2014, 11:24



Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğal olunmuş ərazilərimizdə Ermənistanın hərbi təlimlər keçirməsinə cavab verib.
Modern.az saytının məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyi bəyan edib:

“Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi Yerevanın hərbi-siyasi rejiminin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Ermənistan Respublikası torpaqlarımızın işğal olunmasına bilavasitə cavabdehlik daşıyır və gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz Yerevan rəhbərliyinin üzərinə düşür”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı