“125-lər Siyasi Klubu” Azərbaycanda insan hüquqları səhəsində mövcud vəziyyət və hüquq müdafiə fəaliyyəti ilə bağlı məqalə müsabiqəsi keçirir.
Modern.az-ın məlumatına görə, bu mövzuda KİV-lərdə çap olunmuş ən yaxşı məqaləyə görə qaliblər üçün aşağıdakı pul mükafatları nəzərdə tutulub:
I yer üçün – 250 manat
II yer üçün – 200 manat
III yer üçün – 150 manat
Materiallar Azərbaycan və rus dilində təqdim oluna bilər. Müsabiqənin nəticələri hüquq müdafiəçisi İntiqam Əliyevin ad günü 30 noyabr 2014-cü il tarixində elan ediləcək.
Müsabiqədə iştirak etmək istəyənlər bu mövzuda çap olunmuş məqalələrini, 23 noyabr 2014-cu il tarixinədək parlament125ler@gmail.com ünvanına göndərə bilərlər.
Modern.az