Dam örtüyü uçan 225 saylı məktəbin şagirdləri hələ də 53 saylı məktəbdə təhsillərini davam etdirirlər.
Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, inşaat işləri intensiv şəkildə davam edir, yaxın zamanda başa çatdırılacaq.
Oktyabr ayının 19-da paytaxtda əsən güclü külək nəticəsində 225 saylı məktəbin dam örtüyü uçub. Onun bərpa olunması başa çatdırlmamış isə noyabrın 2-də yağış suları məktəbin bir çox sinif otaqlarına dolub və dərslərin dayandırılması ilə nəticələnib.
Gülşən RAUFQIZI