Modern.az

AFFA-nın vitse-prezidenti: “Milli komandaya adlı-sanlı baş məşqçi gətiriləcək”

AFFA-nın vitse-prezidenti: “Milli komandaya adlı-sanlı baş məşqçi gətiriləcək”

Təhsil

7 Noyabr 2014, 12:40

Mətbuatda Azərbaycan yığma komandasına xarici baş məşqçinin gətirilməsi  ilə bağlı müxtəlif məlumatlar yayılır. Türkiyənin tanınmış futbol məşqçisi Yılmaz Vural da  bu günlərdə Azərbaycan milli komandasından təklif aldığını açıqlayıb. 

“AFFA-nın prezidenti hazırda bu məsələlərlə bağlı müzakirələr aparır. Bir çox məşqçilər məsləhət görülür. Norveç millisi ilə oyundan sonra yəqin ki , müzakirələrin nəticəsi açıqlanacaq”.

Bunu Modern.az saytına AFFA-nın vitse-prezidenti, deputat  Rauf Əliyev millimizə xarici məşqçilərin gətirilməsi ilə bağlı aparılan müzakirələrə münasibət bildirərkən deyib.

“Məsələ dəqiqləşsin, biz bu barədə məlumat verəcəyik. Bu məsələ professional müstəvidə həll olunacaq.  Hazırda bu barədə müzakirələr gedir”.

Rauf Əliyev yeni məşqçi ilə bağlı qərarın müəyyən kriteriyalara uyğun olaraq qəbul ediləcəyini bildirib. Onun sözlərinə görə, dəvət olunacaq məşqçi adlı-sanlı olmalı, futbol texnikasını yaxşı bilməli, bu sahədə kifayət qədər  təcrübəli olmalıdır.

Vitse-prezidentin fikrincə, hazırda yaxşı, bacarıqlı yerli məşqçilər də var: “Rəhbərlik hansını məsləhət görsə, biz də onu dəstəkləyəcəyik. Bu məsələlərdə tələsmək olmaz. Bununla bağlı bütün məsələlər rəhbərliyin nəzarəti altındadır”. 

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı