Modern.az

“Büdcədə gələn ilin sosial müdafiə xərcləri artırılıb” - DSMF sədri

“Büdcədə gələn ilin sosial müdafiə xərcləri artırılıb” - DSMF sədri

Təhsil

7 Noyabr 2014, 12:58

Bu gün Milli Məclisin Sosial siyasət komitəsində 2015-ci ilin dövlət büdcə layihəsi müzakirə olunub. Modern.az xəbər verir ki, büdcə layihəsinin müzakirəsi zamanı Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev çıxış edib. O qeyd edib ki, 2015-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun həm xərcləri, həm də gəlirləri 3 milyard 56 milyon təşkil edəcək: “Bu 2014-cü illə müqayisədə 4, 4 faiz çoxdur”. DSMF sədri bildirib ki, gələn il üçün dövlət büdcəsindən fonda transfer 1 milyard 100 milyon manat nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 42 milyon manat azdır.


Aqşin KƏRİMOV  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı