Modern.az

Komitə sədri büdcədən uşaqlara ayrılan vəsaitin azlığından gileyləndi

Komitə sədri büdcədən uşaqlara ayrılan vəsaitin azlığından gileyləndi

Təhsil

7 Noyabr 2014, 13:01

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli 2015-ci ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı uşaqların sağlamlığının qorunmasının vacib olduğunu bildirib. Modern.az xəbər verir ki, onun fikrincə, bu məqsədlə büdcədə 318 min manatın nəzərdə tutulması olduqca azdır: “Büdcə layihəsində sanatoriya və kurortlar üçün 2,2 faiz vəsait ayrılıb, bu da azdır. Həm uşaqların sağlamlığı, həm də adını çəkdiyim sahələr üzrə ayrılacaq vəsaitlər gələcəkdə artırılmalıdır”.

Hadı Rəcəbli  bildirib ki, Dövlət Sosial Müdafiə Fondu 2015-ci ildə daha gərgin işləməli olacaq: “Büdcədən Dövlət Sosial Müdafiə Fonduna edilən transferin məbləği 42 milyon manat azalıb.Buna görə də Dövlət Sosial Müdafiə Fondu yığım vəsaitlərini artırlmalıdır ki, pensiyalar da artsın”.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı