Modern.az

“Samsunq” şirkəti Azərbaycanın işğal olunmuş torpaqlarında nümayəndəlik açdı - FOTOLAR

“Samsunq” şirkəti Azərbaycanın işğal olunmuş torpaqlarında nümayəndəlik açdı - FOTOLAR

Təhsil

7 Noyabr 2014, 13:30

Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma “Dağlıq Qarabağ Respublika”sının ərazisində beynəlxalq şirkətlərin fəlaiyyət göstərməsi barədə Azərbaycan mətbuatında kifayət qədər informasiya verilib.
Modern.az xəbər verir ki, dünya birliyinin tanımadığı ərazidə bu dəfə Cənubi Koreyanın “Samsunq” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayıb. Xankəndində yerləşən nümayəndəlikdə məişət avadnlıqları, audio-video qurğular və s. brend məhsullar satışa çıxarılıb. ABŞ-ın avtomobillərə texniki yardım göstərən və dünyanın 100-dən artıq ölkəsində ofisləri olan GS Motors şirkəti də avqust ayından etibarən Xankəndində maşınlara texniki yarım göstərən mərkəz açıb.

Xatırldaq ki, bundan öncə Türkiyənin “BEKO” şirkətinin Azərbaycanın işğal olunmuş torpaqlarında mərkəz açması böyük qalmaqala səbəb olmuşdu.






Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı