Modern.az

Əhliman Əmiraslanov: “Sanatoriyalarda istirahət üçün ədalətli bölgü aparılmalıdır”

Əhliman Əmiraslanov: “Sanatoriyalarda istirahət üçün ədalətli bölgü aparılmalıdır”

Təhsil

7 Noyabr 2014, 13:52


Milli Məclisin Sosial siyasət komitəsinin 2015-ci ilin dövlət büdcəsi ilə bağlı keçirdiyi iclasda Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov yollayışların bölüşdürülməsindən şikayətlənib.

Modern.az saytının verdiyi xəbərə görə, o, bildirib ki, sanatoriya-kurort sahəsinə ayrılan vəsaitin artırılması ilə yanaşı, həm də bu vəsaitin xərclənməsinə nəzarəti gücləndirmək lazımdır: “İstirahətə göndərdiyimiz şəxslər üçün yollayışlara, sanator-kurort göndərişlərinə ayrılan vəsaitlərin necə istifadə olunmasına nəzarət gücləndirilməlidir. Çünki istirahət yerinə göndərilən insanlar üçün bu göndərişlərin ədalətli bölgüsündə problemlər var. Konkret nəzarət mexanizmi ilə ədalət prinsipi bərpa olunmalıdır”.

Aqşin KƏRİMOV  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı