Modern.az

Xəzər rayonunda Bayraq Günü qeyd olunub - FOTO

Xəzər rayonunda Bayraq Günü  qeyd olunub - FOTO

Təhsil

7 Noyabr 2014, 12:37

Bu gün Xəzər rayonu İcra Hakimiyətində bayraq günü ilə əlaqədar tədbir keçirilib. Modern.az xəbər verir ki, Bayraq meydanında təşkil olunan tədbirdə RİH-nin başçısı Gülağa İslamov, Millət vəkili Rauf Əliyev YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Qəsəbə nümayəndələri, Bələdiyyə sədrləri, rayon ictimaiyyəti və digər rəsmilər iştirak edib.

Tədbir iştirakçıları ilk öncə Heydər Əliyevin rayon İcra Hakimiyyətinin qarşısında ucaldılan abidəsinin qarşısına gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.

Tədbiri giriş sözü ilə açan RİH başçısı Gülağa İslamov bayram günü ilə əlaqədar iştirak edənləri təbrik edib: “Ölkə prezidentinin sərəncamı ilə hər il qeyd olunan bayraq günü rayonumuzda  böyük ruh yüksəkliyi ilə qeyd olunur”.

Daha sonra Millət Vəkili Rauf Əliyev çıxış edərək rayon ictimaiyyətini “Bayraq Günü” münasibəti ilə təbrik edib. Prezident İlham Əliyevin məlum fərmanı ilə dövlətimizin əsas atributuna olan hörmət və ehtiramın günbə-gün daha da artdığını qeyd edib.

Tədbirdən sonra qonaqlar rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar, həmçinin məktəblilərin hazırladığı şeir və musiqi kompazisiyası da səslənib.

Tədbirin sonunda rəsm müsabiqəsinin qaliblərinə RİH-nin başçısı tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı