Modern.az

Ana 3 yaşlı övladının qatili oldu

Ana 3 yaşlı övladının qatili oldu

Təhsil

7 Noyabr 2014, 14:47

Amerikanın Pensilvaniya əyalətində qorxunc hadisə yaşanıb. 31 yaşlı Jillian Tait  və 23 yaşlı Gary Lee Fellenbaum  Taitin oğlu Scott Millayı öldürmə iddiasıyla günahlandırılıb.

Modern.az-ın xarici KİV-istinadən verdiyi xəbərdə bir-birlərini bir aydır tanıyan və birlikdə yaşamağa başlayan cütün 3 yaşındakı Scotta qan donduran işgəncələr etdiyi iddia edilib. Cani ananın 6 yaşındakı böyük oğlunun verdiyi ifadəyə görə Scott anasını incidib. “Səhər yeməyi zamanı çörəyini yemədiyindən anam Scottun sifətinə, mədəsinə yumruq atdı və divara çırpdı”.

Kiçik uşağın öldüyü gecə isə canilər Scottu tavandan asdıqdan sonra tavayla vurublar.

Can verən uşağı nəzarətsiz qoyaraq pizza almağa gedən cani cüt evə qayıtdıqdan sonra heç nə olmamış kimi yatıblar. Səhər kiçik uşağın nəfəs almadığının fərqinə varan ana 911-ə zəng vurub. Xəstəxanaya aparılan uşağın vəziyyətini görən tibb bacısı və həkimlər belə gözyaşlarına boğulub.

İddia qaldıran vəkil cani cüt haqqında edam cəzası istəyir.

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı