Modern.az

Siyavuş Novruzov: “Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilə bilər, amma...”

Siyavuş Novruzov: “Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilə bilər, amma...”

Təhsil

7 Noyabr 2014, 14:55


Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi gündəm mövzusu olaraq qalır.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı bu mövzunun müzkirəyə çıxarılacaq "Elm siyasəti haqqında" qanun layihəsində də toxunulduğunu bildirib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az saytına deyib ki, bu, Elm və təhsil komitəsində müzakirə olunacaq məsələ deyil.

Onun fikrincə, bu qanun hərbi çağırışın əsaslarının predmetidir: “Magistrantlara möhlət hüququnun verilib-verilməməsi ilə bağlı qanun elm sahəsinə daxil deyil”.

Siyavuş Novruzovun sözlərinə görə, bu məsələ Milli Məclisin gündəliyində nəzərdə tutulmayıb: “Möhlət hüququ verilə bilər. Lakin bunu elmin inkişafındakı digər məsələləri nəzərə almaqla həyata keçirmək lazımdır. Ola bilər ki, universiteti qurtaran tələbənin magistraturaya sənəd verməyə vaxtı çatmır. O, dərhal çağırışa uyğun olaraq hərbi xidmətə getməlidir. Bu zaman ona möhlət verilməlidir ki, imtahanlarda iştirak etsin, nəticəsinə uyğun olaraq səfərbərliyə cəlb olunsun”.

Məltəm TALIBZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı