Rüşvət və korrupsiya əməliyyatında nəzarətə alındıqdan sonra qanuni olaraq araşdırılmasına gərək görülməyən Azərbaycan əsilli iş adamı Rza Zərrab günahlarını da Həccə getməklə yumağa çalışıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, tarixin ən böyük sui-istifadə və rüşvət əməliyyatı adlandırılan və ötən il dekabrın 17-də qızıl qaçaqmalçılığı etdiyi səbəbi ilə nəzarətə alınan, sonradan səhhətindəki problem səbəbindən Türkiyə Böyük Millət Məclisinin İstintaq Komissiyasına belə getməyən Rza Zərrab Həccə gedib.
Məlumatda qeyd edilir ki, ziyarət zamanı Kəbədəki “Raffles” oteldə lüks bir otaqda qalıb. Burada yerləşən hər adamın minimum 17 min avro ödəməli olduğu bildirilir.
Modern.az