Modern.az

Əli Həsənov BMT-nin nümayəndəsinə kəlbəcərli girovlardan danışıb

 Əli Həsənov BMT-nin nümayəndəsinə kəlbəcərli girovlardan danışıb

Təhsil

7 Noyabr 2014, 15:44


Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib.

Komitədən Modern.az-a verilən məlumata görə, Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçilməsi xüsusi vurğulanan görüşdə eyni zamanda bir daha bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görmüşdür ki, bütün bunlar da istər bu qurumun ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib. Elə bütün bunlara görədir ki, Azərbaycanla qarşılıqlı əməkdaşlıqda daim maraqlı olan BMT QAK ölkəmizin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində hüquqi-normativ sənədlərin hazırlanıb tətbiq olunması sahəsində qazandığı təcrübədən yararlanmağa da xüsusi önəm verir. Bu qurumun Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti də müsbət dəyərləndirilən görüşdə bütün bunlar barədə ətraflı söhbət açılıb, perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə həmçinin Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin üzərində qurulan «məhkəmə prosesindən», onların azad edilməsi istiqamətində beynəlxalq qurumlara ünvanlanan müraciətlərin hələlik heç bir nəticə verməməsindən narahatlıq ifadə olunub.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı