Modern.az

Girovlarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək

Girovlarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək

Təhsil

7 Noyabr 2014, 17:22

 

Azərbaycanın işğal altındakı torpaqlarında ermənilər tərəfindən  girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək.

Modern.az saytının İctimai televiziyanın "Çarçı" xəbərlər proqramına istinadən verdiyi məlumata görə bu barədə Azərbaycanın Avropa İnsan Haqları məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirib .

O qeyd edib ki, girov saxlanılan soydaşlarımızla bağlı lazımı sənədlər toplandıqdan sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək.

Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejim azərbaycanlı girovlara qarşı irəli sürdüyü qondarma ittihamlar  əsasında onların “məhkəməsi”ni həyata keçirir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı