Gürcüstanın baş naziri İrakli Qaribaşvili Nazirlər Kabinetinin 2 üzvünün istefasını qəbul edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Qaribaşvili xarici işlər naziri Mayya Pancikidze və Avropa, Avroatlantik məkana inteqrasiya Məsələri üzrə Dövlət naziri Aleksi Petriaşvilinini istefası barədə sərəncam verib.
Pancikizde və Petriaşvili müdafiə naziri İrakli Alasaniya noyabrın 4-də istefaya göndəriləndən sonra könüllü istefa vermiblər.Modern.az