Modern.az

Əcnəbi tələbə Azərbaycan dili olimpiadasının qalibi olub - FOTOLAR

Əcnəbi tələbə Azərbaycan dili olimpiadasının qalibi olub - FOTOLAR

Təhsil

7 Noyabr 2014, 20:34

Noyabr ayının 6-da Baki Beynəlxalq Tələbə Klubu tərəfindən Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan dili olimpiadasının final və mükafatlandırma mərasimi keçirilib.

Modern.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Baki Beynəlxalq Tələbə Klubunun təşkil etdiyi olimpiadada beş nəfər əcnəbi tələbə qalib adını qazanıb. Amerika, Çin, Koreya, Türkiyə, Nigeriya, İraq, Pakistan, Əfqanıstan və Özbəkistandan olan tələbələrin qatıldığı olimpiadada finala 14 gənc vəsiqə qazanıb. Əcnəbi gənclər Azərbaycan dilində şeir və mahnılar səsləndirərək öz dil bacarıqlarını nümayiş etdiriblər.

Qaliblər İqtisad Universitetinin tələbəsi nigeriyalı Viktor Damola, Tibb Universitetinin tələbəsi ukraynalı Anna Fırat, Neft Akademiyasının tələbəsi özbəkistanlı Sergey Kim, Xəzər Universitetinin tələbəsi amerikalı Marta Lauri və Dillər Universitetindən məzun olmuş çinli Çen Lu olublar. Səs çoxluğu qazanan və müəyyən olunan 5 qalib sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. Qalibləri millət vəkilləri Aydın Mirzəzadə, Qənirə Paşayeva, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, YAP Gənclər birliyinin ofis rəhbəri Əli Pənahov, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, əməkdar artist Tünzalə Ağayeva və teleaparıcısı Samirə Mustafayevanın təmsil olunduğu münsiflər heyəti müəlyyən edib.

Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.









Modern.az
 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı