
Azərbaycan dövləti hər il xarici ölkələrdəki diplomatik missiyaların saxlanmasına külli miqdarda vəsait xərcləyir. İndi Azərbaycanın xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Növbəti illərdə xaricdəki diplomatic korpuslarımızın sayının artacağı istisna deyil.
Azərbaycanı dünyada təmsil edən, ölkəmizlə bağlı həqiqətləri beynəlxalq aləmdə yayan, republikamızın diplomatik gücünü göstərən səfirlərimizdən kim daha yaxşı işləyir?
Modern.az saytı bu suala cavab almaq üçün xarici siyasətimizi izləyən oxucular arasında sorğu keçirir.
Azərbaycanın hansı xarici ölkədəki səfiri yaxşı işləyir?
Sorğumuza cavab vermək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki səfirlərin siyahısında ən yaxşı hesab etdiyi diplomata səs versin.
15 diplomatın daxil edildiyi SİYAHIya diqqət edib, səs vermək üçün əsas səhifədə ortadan aşağı hissəyə bax:
Elin Süleymanov - ABŞ
Tahir Tağızadə - Böyük Britaniya
Faiq Bağırov - Türkiyə
Eldar Həsənov - Serbiya
Polad Bülbüloğlu - Rusiya
Həsən Həsənov - Polşa
Vilayət Quliyev - Macarıstan
Elxan Poluxov - CAR
Tamerlan Qarayev – İndoneziya
Lətif Qəndilov – Çin
Elçin Əmirbəyov – Fransa
Pərviz Şahbazov – Almaniya
Cavanşir Axundov – İran
Daşqın Şikarov - Pakistan
Vaqif Sadıqov İtaliya
Modern.az