Modern.az

Səxavət Əlisoy: “Arif Hacılı məsələsindən də vacib işlərim var”

Səxavət Əlisoy: “Arif Hacılı məsələsindən də vacib işlərim var”

Təhsil

8 Noyabr 2014, 11:10


Bu gün Müsavat Partiyasında Arif Hacılının başqan olmasına etiraz edənlərin toplantısı olacaq.

Arif Hacılının Müsavat başqanı olmasına qarşı çıxan əsas fiqurlardan biri olan  Səxavət Əlisoy isə həmin toplantıda iştirak etməyə bilər.

Bu barədə Modern.az saytına Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Səxavət Əlisoy məlumat verib. Səxavət Əlisoy  bildirib ki, bugünkü iclasa qatılmaması onun Arif Hacılı məsələsindən  də vacib işlərinin olduğuna görədir: “Vacib bir işim var. Onun həll edə bilsəm, iclasda iştirak edəcəm. Mənim bu günkü işim Arif Hacılı məsələsindən də vacibdir”.

Səxavət Əlisoy qeyd edib ki, vacib işi siyasi fəaliyyəti ilə bağlı deyil, şəxsi məsələdir.  

Qeyd edək ki, Müsavat Partiyasının sentyabr ayının 27-də keçirilən qurultayından sonra qurum daxilində qalmaqallar açıq müstəvidə özünü biruzə verib.

Qurultayda Arif Hacılının başqan seçilməsinə kəskin etiraz edənlər ona qarşı “cəbhə” açıblar. Bu “cəbhə”dəki əsas fiqurlar Qubad İbadoğlu, Səxavət Əlisoy və Vurğun Əyyubdur.

Aqşin Kərimov    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı