Modern.az

Ukrayna seçkilərinin yekun nəticələri elan olundu

Ukrayna seçkilərinin yekun nəticələri elan olundu

Təhsil

8 Noyabr 2014, 11:36


Ukrayna Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da Ali Radaya keçirilən seçkilərin rəsmi nəticələrini elan edib.

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, proporsional seçki siyahısı üzrə seçkilərdə ən çox səsi Arsen Yatsenyukun başçılıq etdiyi “Xalq Cəbhəsi” Partiyası (22,14 faiz), ikinci yerdə isə “Pyotr Poroşenko Bloku” (21,18 faiz) tutub. Bundan başqa, Lvov şəhərinin meri Andrey Sadovının rəhbərlik etdiyi “Samopomoş” Partiyası (10,97 faiz), Yuri Boykonun “Müxalifət Bloku” (9,43 faiz), Oleq Lyaşkonun başçılıq etdiyi Radikal Partiyası (7,44 faiz) və Yuliya Timoşenkonun “Batkivşina”sı (5,68 faiz) 5 faizlik seçki baryerini aşaraq Radaya daxil olublar.

  Majoritar dairələrdə keçirilən seçkilərdə “Pyotr Poroşenko Bloku”ndan 69, millətçi “Azadlıq” Partiyasından 6, “Batkivşina” və “Müxalifət Bloku”, “Sağ sektor”, “Samopomoş”, “Voli”, “Güclü Ukrayna” və “Zastup” Aqrar Partiyasının hərəsindən 1 namizəd mandat qazanıb. Beləliklə, yeni çağırış Ali Radada 450 deputat kürsüsündən 132-si “Pyotr Poroşenko Bloku”na, 82-si “Xalq Cəbhəsi”, 33-ü “Samopomoş”un, 29-u “Müxalifət cəbhəsi”nin, 22-si Radikal Partiyasının və 19-u “Batkivşina”  Partiyasının payına düşüb. Artıq “Pyotr Poroşenko Bloku”, “Xalq cəbhəsi” və “Samopomoş” partiyaları arasında noyabrın 16-na qədər koalsiya qurmaq haqqında razılaşmanın imzalanacağı gözlənilir. Əgər tərəflər razılığa gələrsə, onlar Radada 450 deputat kürsüsündən 299-na yiyələnəcəklər.    

Vüqar İsmayılov   

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı