Azərbaycanın işğal olunmuş torpaqlarında təbii sərvətlərin talanması davam edir. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, işğal altındakı Ağdərənin Drambon və Kaşen mis-molibden yataqlarının istismarı üçün Dağlıq Qarabağdakı separatçı rejim “Beyz Metals” şirkəti ilə razılığa gəlib.
Separatçı rejimin “baş naziri” Ara Arutunyan şirkətin artıq yataqların istismarı üçün 70 milyon dollar yatırıldığını və bu investisiyaların 127 milyon dollara çatacağını deyib.Layihəyə əsasən, Kaşen yatağında əldə ediləcək xammal Drambon kəndindəki fabrikdə emal olunacaq.
Gələcəkdə isə Kaşen yatağının yaxınlığında da fabrikin işə salınması gözlənilir. Bundan başqa, Ermənistanın Vardenis rayonundan Kəlbəcər və Ağdərə rayonlarına qədər uzanacaq elektrik xətti çəkiləcək. Bu xətt Dağlıq Qarabağı elektrik enejisi ilə təmin etmək üçün kifayət edəcək.
Xatırladaq ki, dondarma “Dağlıq Qarabağ Respublikası”nın dövlət büdcəsinin 80%-i Drambon və Kaşen yataqlarından istimsarına görə ödənilən vergilərdən formalaşır.
Vüqar İsmayılov