Modern.az

DSMF sədri deputatlara cavab verdi: “Bu il əlavə 300 bankomat alınıb”

DSMF sədri deputatlara cavab verdi: “Bu il əlavə 300 bankomat alınıb”

Təhsil

8 Noyabr 2014, 13:03

Milli Məclisin deputatları Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün büdcəsinin müzakirələri zamanı pensiyaçıların bankomatlar qarşısında uzun növbələr yaratdığını qeyd edərək, bu problemin həllini istəyiblər.

Fondun sədri Elman Mehdiyev Modern.az-a  məsələylə bağlı münasibət bildirib. O qeyd edib ki, problemin əsas həll yolu pensiyaçıların kartlarından nağdsız şəkildə istifadəyə vərdiş etmələridir. "Bununla bağlı qurum müxtəlif layihələr həyata keçirir. Eyni zamanda, bankomatların sayı da artırılacaq".

E.Mehdiyev deyib ki, bu il əlavə 300 bankomat alınıb.: “Amma monitorinqin nəticələrindən aydın olur ki, bu, mövcud problemi tam olaraq həll etmir. Çünki bankomat 1 ay ərzində 3 gün fəaliyyətdə olur, ayın 27 günü isə boş dayanır. Belə olan halda isə bankların xərcləri yaranır”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı