Modern.az

Hollivud ulduzunun ölüm səbəbi bəlli oldu

Hollivud ulduzunun ölüm səbəbi bəlli oldu

Təhsil

8 Noyabr 2014, 13:25


Bir müddət əvvəl vəfat edən Hollivud ulduzu Robin Uilyamsın ölümündən əvvəl narkotik və spirtli içki qəbul etmədiyi müəyyənləşib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə istintaq orqanları rəsmi açıqlama verib. Ekspertizanın nəticələrinə görə, aktyorun ölüm səbəbi özünü asmaq nəticəsində boğulma olub. Aktyorun keçmişdə spirt və narkotiklə bağlı problemləri olsa da sonradan müalicə alaraq bu vədişlərdən can qurtara bilmişdi.

Mərhumun həyat yoldaşı  Susan Schneider onu sonuncu dəfə avqustun 10-da gördüyünü deyib.

Növbəti səhər isə köməkçisi Uilyamsı evində ölü tapıb. “Entertainment Weekly” jurnalının məlumatına görə, “dünyanın ən şən insanı” son zamanalar depressiyadan əziyyət çəkib.   Onun mətbaut katibi Merri Baksbaumun verdiyi açıqlamya görə, ötən ilin iyul ayında ağır iş rejimindən sonra güc toplamaq üçün “Minnesota”da reabilitasiya dövrü də keçib.

Aktyorun ölümündən sonra ABŞ prezidenti Barak Obama “O, bizi gülməyə və ağlamağa vadar etdi”, -deyə açıqlama vermişdi. Qeyd edək ki, məşhur aktyor bir çox filmlərdə rol almış, “Oskar” mükafatına da layiq görülmüşdü.  

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı