
Müsavat başqanlığa keçmiş namizədi Qubad İbadoğlu partiyanın rayon təşkilatlarının əksəriyyətinin ona dəstək verdiyini bəyan edib. O, Modern.az saytına açıqlamasında bildirib ki, Müsavat Partiyasının rayon təşkilatlarının çox onu dəstəkləyir.
“Bəs siz bunu necə müəyyən edirsiniz, monitorinqini aparırsınız” saulına isə Qubad İbadoğlu belə cavab verib: “Bizi dəstəkləyənlərin monitorinqini aparmırıq. Ona görə bizə nə qədər və hansı yerlərdən dəstək gəldiyini deyə bilmərik. Bunun iddiasında deyilik”.
Qubad İbadoğlu qeyd edib ki, onların təklif etdiyi platformaları, partiyanın idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı apardıqları fəaliyyətləri, Müsavatın gələcəyi ilə bağlı təklifləri kifayət qədər dəstəkləyənlər var:
“Dəstək verənlərin sayı artır. Bizim bu fəaliyyətləri ona görə etmirik ki, adımız çox hallansın və dəstəkləyənlər çoxalsın. Yeganə məqsədimiz partiyanın fəaliyyətində inkişaf və dəyişikliklər olmasıdır”.
Məltəm Talıbzadə