Bakıda sərnişin avtobusların nöbəti toqquşması qeydə alınıb. Modern.az saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, yol-nəqliyyat hadisəsi noyabrın 7-də saat 11 radələrində Nərimanov rayonunun Fətəli Xan Xoyski küçəsində baş verib. “Daewoo” markalı iki sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət almış 3 sərnişin xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Modern.az