SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Qərbi Rusiya əleyhinə olan sanksiyaları ləğv etməyə bə beynəlxalq qüvvələri Ukraynaya yardım üçün birləşdirməyə çağırıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qorbaçov Berlin divarlarının sökülməsinin 25 illiyini qeyd etmək üçün Almaniyaya gedib. O, Qərbə çağırışında deyib: “Hamını Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Valdayski forumundakı çıxışına diqqətli yanaşmağa çağırırıam. Mən onun Qərbə, xüsusilə ABŞ-a yönələn sərt tənqidi yanaşmasına baxmayaraq, gördüm ki, o çıxışı ilə gərginliyin azaldılmasına cəhd edir və perspektivdə yeni tərəfdaşlıq perspektivlərinin yaradılmasına maraqlıdır”.
SSRİ-nin keçmiş prezidenti əvvəllər Putinin həmin çıxışını hakimiyyətdə olduğu müddətdə ən güclüsü hesab edərək qeyd edib ki, Rusiya liderinin bütün fikirləri ilə razıdır.
Berlindəki forumda çıxış edən Qorbaçov tezliklə qarşılıqlı ittihamlardan anlaşmaya gəlinməsinə çağırış edib. Onun sözlərinə görə, hər iki tərəfə ziyan vuran sanksiyaları mərhələ-mərhələ ləğv etmək lazımdır. Qorbaçovun fikrincə, hər şeydən öncə siyasi xadimlərə qarşı tətbiq olunan fərdi sanksiyalar ləğv olunmalıdır ki, onlar problemin həlli yolları üçün bir araya gələ bilsinlər: “Qarşılıqlı fəaliyyətdən biri Ukraynaya müharibənin nəticələrinin aradan qaldırmağa kömək etmək olar”.
Qorbaçovun Berlində Almaniyanın kansleri Angela Merkellə görüşü də gözlənilir.
Modern.az