Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində keçirilən auksionların birində fransız rəssam Klod Monetin müəllifi olduğu “İlk bahar” adlı yağlı boya əsəri nə az, nə çox, düz 65 milyon dollara satılıb.
Monet bu əsərdə yağlı boya ilə məşhur fransız aktrisasının baharla harmoniyasını yaradıb. 65 milyon isə rəssamın şəxsi auksion rekordudur.
Qeyd edək ki, həmin əsər 20 il idi ki, Vaşinqton sərgisində öz müştərilərini gözləsə də start qiyməti baha olduğundan alınmırdı.

Elmin NURİ