
Şimali-Qafqaz dairəsi ərazisində 2010-cu ildən bəri xidməti vəzifələrini yerinə yetirərkən, eləcə də xüsusi əməliyatlarda hüquq-mühafizə orqanlarının 576 əməkdaşı həlak olub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Şimali Qafqaz dairəsi üzrə İstintaq İdarəsinin rəisi Sergey Çençik bildirib. Onun sözlərinə görə, bu ərazidə ekstremist və terrorçu təzahürlərin sayı azalır, ancaq operativ vəziyyət gərgin olaraq qalır. Çençik qeyd edib ki, bu il hüquq-mühafizə orqanları 36 əməkdaşını itirib.
Digər məlumata görə, 2014-cü ilin yanvar-sentyabr aylarında Şimali Qafqaz Federal Dairəsində keçirilən xüsusi əməliyyatlar zamanı quldur dəstələrinin 187 üzvü, o cümlədən 30 cinayət qrup rəhbəri məhv edilib.
Modern.az